AZ

Ata olmaq üçün riskli yaş açıqlandı - Tək qadınlarda deyilmiş...

Son illərdə doğum nisbətləri əsasən qadınların yaşı ilə əlaqələndirilsə də, mütəxəssislər kişilərdə də ata olmaq üçün "riskli yaş" anlayışının olduğunu bildirirlər.

Milli.Az xəbər verir ki, Üroloq Prof. Dr. Murat Zorun sözlərinə görə, kişilərin yaşı artdıqca sperma sayısı, hərəkətliliyi və DNA bütövlüyü zəifləyir, bu isə həm hamiləlik şansını azaldır, həm də düşüklərin və bəzi genetik problemlərin riskini artırır.

İdeal ata yaşı nədir?

Kişilərdə ən yüksək sperma keyfiyyəti 25-35 yaş arasında olur. 35-dən sonra sperm hərəkəti zəifləyir, 40 yaşdan sonra isə DNA zədələnməsi daha da artır.

Riskli yaş varmı?

Tibbdə 40 yaş və üzəri "irəli ata yaşı" hesab edilir. Bu dövrdə sperma DNA zədələri çoxalır, hamiləlik daha gec baş verir, düşük riski artır, uşaqda bəzi genetik xəstəliklərin ehtimalı yüksəlir.

Sperma keyfiyyəti uşağa necə təsir edir?
Sperm yalnız genetik məlumat daşımır, eyni zamanda embriyonun sağlam inkişafı üçün vacib olan DNA bütövlüyünü təmin edir. DNA zədələnməsi çoxaldıqca hamiləlik çətinləşir, erkən düşüklər artır və hətta uşağın metabolik və nevroloji inkişafına təsir edə bilir.

Son 40 ildə dünyada sperm sayının təxminən 50% azaldığı bildirilir. Stres, piylənmə, siqaret, alkoqol, hava çirkliliyi, toksik kimyəvi maddələr, plastiklərdəki hormon pozucular və yuxu pozuntuları əsas səbəblər arasındadır. Artıq sonsuzluq müraciətlərinin yarısında kişi faktoru rol oynayır.

Kişilər nə etməlidir?

Siqareti tərgitmək ,sağlam çəki saxlamaq, həftədə 3 dəfə idman, 7-8 saat yuxu, sauna, hamam, isti temperaturdan uzaq durmaq , antioksidan qidalar: qoz, badam, göyərti, nar, balıq yeməl, stresin idarə olunması, erkən dövrdə uroloji müayinə mütləqdir.

Milli.Az

Seçilən
71
1
milli.az

10Mənbələr