Dekabrın 9-da “İl-76” hərbi yük təyyarəsi Sudanda eniş edərkən qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
““İl-76” təyyarəsi Qırmızı dəniz sahilindəki Port Sudan şəhərindəki "Osman Diqna" aviabazasına enməyə cəhd edərkən texniki nasazlıq səbəbindən qəzaya uğrayıb”, - mənbə bildirib.
Digər hərbi mənbəyə görə, qəza nəticəsində bütün ekipaj üzvləri həlak olub. Lakin hadisənin dəqiq sayı və digər təfərrüatları açıqlanmayıb.