AZ

Niyə qrip yaşlı insanlar üçün daha təhlükəlidir -Özünüzü necə qorumalısınız?

Qrip yaşlı insanlar üçün ciddi sağlamlıq problemi yarada bilər. Yaş artdıqca immun sisteminin zəifləməsi, həmçinin xroniki xəstəliklərin çoxalması qripin ağır keçməsinə şərait yaradır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, vaxtında məlumatlanmaq və profilaktik tədbirlər görmək riskləri xeyli azaldır.

Niyə 65+ yaş qrupa qripə qarşı daha həssasdır?

Statistikaya görə, qrip səbəbilə xəstəxanaya düşənlərin böyük hissəsi 65 yaşdan yuxarı insanlardır. Səbəblər immun sisteminin zəifləməsi, xroniki xəstəliklərin mövcudluğu (ürək-damar xəstəlikləri, şəkərli diabet, astma), orqanizmin yüksək hərarət və zəifliyi ağır keçirməsi.

Qrip yaşlı insanlarda tez-tez aşağıdakı ağırlaşmalara səbəb olur:

Pnevmoniya, xroniki xəstəliklərin kəskinləşməsi, susuzlaşma, bakterial infeksiyalar, güclü halsızlıq və yüksək hərarət səbəbilə yaranan risklər.

Hətta bir neçə gün davam edən qızdırma belə ürək problemi və ya hərəkət məhdudiyyəti olan insan üçün təhlükəli ola bilər.

Yaşlılarda qrip əlamətləri necə olur?

Gənclərdən fərqli olaraq yaşlı insanlarda əlamətlər yüngül görünə bilər, buna görə xəstəliyin başlanğıcı tez-tez gec fərq edilir. Xəbərdarlıq əlamətləri: birdən başlayan güclü halsızlıq, iştahsızlıq, başgicəllənmə və qarışıqlıq, davamlı öskürək və ya boğaz ağrısı.

Əlamətlər zəif görünsə də, həkimə gec müraciət daha ağır nəticələrə gətirib çıxara bilər.

Seçilən
55
3
redaktor.az

4Mənbələr