AZ

Vətəndaşlar “Yeni Klinika”ya buraxılmayıblar? – VİDEO

Yeni Klinika”nın qarşısında növbə sıxlığını əks etdirən görüntülər yayılıb. Vətəndaşlar iddia edirlər ki, xəstəxananın qapıları bağlı saxlanılıb və onlar içəri buraxılmayıb

Yenilik.az  xəbər verir ki, məsələ ilə bağlı “Yeni Klinika”dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb.
Vurğulanıb ki, klinikada həkim qəbulları saat 09:00-da başlayır:
“Növbə sıxlığının tənzimlənməsi məqsədilə qeydiyyat prosesi 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə yer alan vətəndaşlar isə qeydiyyatın başlanmasını gözləmək üçün klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir. Bütün müəssisələrdə olduğu kimi “Yeni Klinika”nın qapıları da 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri buraxılır. Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım xidməti isə 7/24 rejimində fəaliyyət göstərir. Təcili hal olduğu təqdirdə vətəndaşlar birbaşa həmin şöbəyə müraciət edə bilərlər”.
Həmçinin əlavə olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni Klinika”da həm canlı, həm də onlayn növbə sistemi mövcuddur: “Vətəndaşlar “E-tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilərlər”.

Seçilən
34
5
yenilik.az

8Mənbələr