Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı şəhərində “Galkynysh” Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib.
Nümayişdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub.
Qonaqlara Türkmənistan mətbəxinin ənənələri barədə ətraflı məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının nömrələri ilə müşayiət olunub.















