AZ

Sudanda İl-76 qəzaya uğradı - Heyət üzvlərinin hamısı həlak oldu

Çərşənbə axşamı Sudanda İl-76 tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb və heyət üzvlərinin hamısı həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Agence France-Presse” iki hərbi mənbəyə istinadən məlumat yayıb. 

"İl-76 texniki nasazlıqdan sonra Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman Diqna Hava Bazasına eniş etməyə cəhd etdikdən sonra qəzaya uğrayıb", - məlumatda deyilir.

Təyyarə barədə heç bir əlavə məlumat verilməyib.

Seçilən
60
3
redaktor.az

5Mənbələr