AZ

Bakıda qəza münaqişəyə çevrildi

Avtobusla minik avtomobili toqquşub, ardınca hadisə münaqişəyə çevrilib. Metbuat.az-ın məlumatına görə, minik avtomobili 14 nömrəli sərnişin avtobusuna çırpılıb. Qəza Yasamal rayonunun Nazim Hikmət küçəsində baş verib. Avtomobilin sürücüsü əvvəlcə günahı avtobusun sürücüsündə görsə də, avtobusun müşahidə kameraları görüntüləri vəziyyətin əksini göstərib. Bundan sonra avtomobil sürücüsü əsəbiləşərək avtobusun qapısına zərbə vurub və bu, tərəflər arasında münaqişəyə səbəb olub.Hadisə nəticəsində avtobusdakı sərnişinlər başqa 14 nömrəli avtobusa mindirilib. Qəza zamanı xəsarət alan olmayıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
172
1
metbuat.az

2Mənbələr