AZ

JPMorgan səhmləri kəskin ucuzlaşıb

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müəllif:Mehin Qasımova,Banco.az

JPMorgan Chase & Co-nun maliyyə direktoru Marianne Lake gələn il bankın xərcləmələrinin 105 milyard dollar olacağını bildirib.

Banco.az xəbər verir ki, bu rəqəm analitik gözləntilərini üstələyib və açıqlamadan sonra çərşənbə axşamı "JPMorgan" səhmlərinin ucuzlaşmasına səbəb olub.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Lake  Goldman Sachs Group Inc-in konfransında çıxışı zamanı xərc artımının əsas səbəbinin “həcm və artımla bağlı xərclər” olduğunu qeyd edib. O, həmçinin strateji investisiyalar və “inflyasiyanın struktur təsirləri”nə diqqət çəkib.

Çərşənbə axşamı JPMorgan-ın Nyu-York Fond Birjasında ticarət olunan səhmləri 4,7 faiz geriləyərək 300,51 dollara düşüb. Bu, apreldən bəri ən böyük gündəlik eniş kimi qeydə alınıb və bankı KBW Bank İndeksində günün ən zəif nəticə göstərən şirkətinə çevirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
banco.az

2Mənbələr