AZ

Agentlik 5,2 milyon manata xanım fiziki şəxsdən bina icarəyə götürdü

"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

FED.az xəbər verir ki, tenderin qalibi Validə Rəhim Qızı Vəliyeva olub. Müqavilənin ümumi dəyəri 5 milyon 241 min 600 manat təşkil edir. Ehtimal olunan qiymət isə 5 milyon 307 min 120 manat idi.

Qeyd edək ki, Validə Rəhim Qızı Vəliyeva bundan əvvəl də sözügedən qurumun satınalmasında uğur qazanıb. O, "Dayanıqlı Və Operativ Sosial Təminat Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən inzibati bina sahəsinin icarəsinin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 897 min manat təşkil edib.

 Ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) minimum 7800 m², ofis binası təmirli olmalıdır.

• Binanın yerləşdiyi ərazi Bakı şəhəri, Zona 3.

• Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə malik sənədi olmalıdır.

• Təklif edilən ofislər daimi isti və soyuq su, işıq, istilik və soyutma sistemlərinə malik olmalıdır.

• Generator, işıqlandırma, havalandırma və yanğınsöndürmə sistemləri tam və işlək vəziyyətdə olmalıdır.

• Ofislərin otaqlarının iç qapıları quraşdırılmış, divarları boya ilə boyanmış və ya divar kağızları ilə yapışdırılmış olmalıdır.

• Binanın otaq sayı azı 85 ədəd olmalıdır.(rabitə otağı, arxiv otağı, texniki otaq, akt zalı, iclas zalı, istirahət otağı, mətbəx, iş otaqları, anbar, qazanxana, yeməkxana).

• Rəhbər otaqları (ayrıca sanitar qovşağı otağı ilə)

• Tualet və vanna otaqları kafel və metlaxla üzlənmiş, santexnika avadanlıqları ilə təchiz olunmuş.

• Mətbəx sayı 6 otaqdan az olmamalıdır.

• Kommunikasiya xətləri mövcud olmalıdır. • Binada sərnişin və yüklərin daşınması üçün azı 2 lift olmalıdır.

• Bina daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış olmalıdır. İcarə müddəti 28 ay nəzərdə tutulmuşdur

Seçilən
12
fed.az

1Mənbələr