AZ

Baba Rzayev “Azərenerji”nin 978 min manatını öz ailə şirkətinə köçürəcək?

"Azərenerji” ASC tərəfindən keçirilən “Müxtəlif növ elektrik mallarının satın alınması” tenderinin qalibi müəyyənləşib. Satınalmanın qalibi “Electro Service” QSC olub və şirkətlə ümumi dəyəri 978.288,91 AZN olan müqavilənin bağlanacağı gözlənilir...

Müqavilə çərçivəsində “Azərenerji”yə aşağıdakı müxtəlif təyinatlı elektrik və texniki avadanlıqların təchizatı nəzərdə tutulur:

nasoslar
muftalar və mufta dəstləri
motor və pompalar
ucluqlar
flanş və tapancalar
köşə və asqı elementləri
radiator, kolorifel və projektorlar
həmçinin digər enerji təsərrüfatında istifadə olunan müxtəlif texniki detallar
Qeyd edək ki, bu satınalma enerji infrastrukturunda ehtiyat hissələrinin yenilənməsi və texniki təminatın yaxşılaşdırılması istiqamətində görülən işlərin davamı kimi qiymətləndirilir.

"Electro Service" QSC 08.10.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşir. "Electro Service" QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.

Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.

Mətbuatda gedən məlumatlara görə Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub. (32gun.az)

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr