AZ

Çempionlar Liqası: “İnter” evdə, “Qalatasaray” səfərdə uduzdu

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, ilk gündə 9 qarşılaşma baş tutub.

Türkiyənin “Qalatasaray” klubu Fransa təmsilçisi “Monako”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İtaliyada baş tutub. “İnter” doğma azarkeşləri önündə İngiltərənin “Liverpul” komandasını qəbul edib. Oyunda qonaqlar üstün olublar – 1:0.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

“Kayrat” (Qazaxıstan) – “Olimpiakos” (Yunanıstan) 0:1

“Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya) 3:1

“Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) 2:1

“Barselona” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya) 2:1

“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə) 0:1

“Monako” (Fransa) – “Qalatasaray” (Türkiyə) 1:0

PSV (Niderland) – “Atletiko” (İspaniya) 2:3

“Yunion” (Belçika) – “Marsel” (Fransa) 2:3

“Tottenhem” (İngiltərə) – “Slaviya” (Çexiya) 3:0

 

Qeyd edək ki, VI turun digər oyunları bu gün baş tutacaq.

Seçilən
18
11
msport.az

10Mənbələr