AZ

Sərxoş halda baş verən yol qəzalarının sayı AÇIQLANDI

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən ilin 11 ayı ilə müqayisədə Azərbaycanda sərxoşluq səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı 12 fakt azalaraq 7-yə düşüb.

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən həftə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması bu təhlükənin hələ də aktual olduğunu göstərir:

"Görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri zamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması bu təhlükənin tam aradan qalxmadığını göstərir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
5
modern.az

10Mənbələr