AZ

Lerikdə faciə: dayanan maşın qəfil hərəkət edərək dərəyə aşdı, sərnişin vəfat etdi

Lerikdə bədbəxt hadisə nəticəsində sürücünün bacısı ölüb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə axşam saatlarında baş verib.

Belə ki, Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında saxlayıb və özü maşından düşüb.

Bu zaman minik avtomobili qəfildən hərəkət edərək dərəyə aşıb. Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
14
nocomment.az

10Mənbələr