ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
AccessBank
Azərbaycanın regionlarında fəaliyyət dairəsini genişləndirməyə davam edir. Bank
və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa ilə birgə Xankəndi şəhərində növbəti
kobrend filialının açılışını elan edir. Bu açılış, AccessBank-ın 2025-ci il
üçün nəzərdə tutulmuş Regionlarda İnkişaf Planının tam icra olunması və ölkə
üzrə xidmət şəbəkəsinin daha da genişlənməsi baxımından mühüm mərhələ oldu.
Yeni
filialın fəaliyyətə başlaması ilə AccessBank-ın filiallarının ümumi sayı 38-ə
çatdı və bankın xidmət coğrafiyası 24 bölgəni əhatə etdi. Qarabağın ölkə
iqtisadiyyatına inteqrasiya olunduğu bu mərhələdə bankın əsas məqsədi -
regionda kiçik və orta sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin
yaradılmasına töhfə və maliyyə xidmətlərinin daha əlçatan olmasıdır.
Açılış
mərasimində AccessBank-ın İdarə heyətinin sədri Davit Tsiklauri və rəhbər heyəti
ilə yanaşı, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev,
Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Qarabağ
Universitetinin rektoru Şahin Bayramov və digərləri iştirak etdilər.
Yeni
kobrend filialının əsas üstünlüklərindən biri də Visa ilə tərəfdaşlığın
yaratdığı üstünlük və imkanlardır. Buraya müasir ödəniş texnologiyaları, sürətli
tranzaksiyalar və təhlükəsiz ödəniş infrastrukturunun tətbiqi daxildir. Bu,
Qarabağda həm bizneslərin, həm də fərdi müştərilərin rəqəmsal ödəniş
imkanlarından daha geniş istifadə etməsinə şərait yaradacaq.
Bundan
əlavə, filial ərazisində yaradılan pulsuz internet guşəsi bölgədəki vətəndaşların
rəqəmsal xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Bu imkan həm bank
müştərlərinin, həm də yaxınlıqda yaşayan sakinlərin internetə ehtiyac
duyduqları zaman fasiləsiz istifadə imkanı yaradır.
AccessBank
gələcəkdə də Qarabağ bölgəsində xidmət şəbəkəsini genişləndirməyi, yeni layihələr
həyata keçirməyi və iqtisadi dirçəliş prosesinə aktiv dəstək olmağı
planlaşdırır.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə
bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 24-i bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün
əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.