AZ

Astarada iki balıqçı itkin düşüb

Astara rayonu ərazisində Xəzər dənizində iki nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Ölkə.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Qeyd olunur ki, balıqçılar Şahağac kəndi ərazisindən balıq tutmaq üçün dənizə çıxıblar.

Seçilən
36
31
olke.az

10Mənbələr