Bakı. Trend:
Asiya İnkişaf Bankının “Ticarət və Təchizat ZəncirininMaliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın KreditZəmanəti Məhsulu üzrə ümumi limitinin 8 milyon ABŞ dollarınadəkartırıldığını təsdiqləyib. Bu, TuranBank və ADB TSCFP arasındauzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalqmaliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərinidarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artanetimadını nümayiş etdirir.
AİB TSCFP TuranBank üçün ayırdığı yeni revolver kredit xəttiidxal və ixrac əməliyyatlarını asanlaşdırmaqla yanaşı, xüsusiləqeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyəresurslarına çıxışını genişləndirəcək. Ayrılmış vəsait mövcud bazarboşluqlarının aradan qaldırılmasına, milli iqtisadiyyatıngücləndirilməsi və şaxələndirilməsinə yönəlmiş təşəbbüsləridəstəkləyəcək.
Bu razılaşma TuranBank-ın nüfuzlu beynəlxalq maliyyəinstitutları ilə əməkdaşlığını gücləndirmək, yeni maliyyə mənbələricəlb etmək və Azərbaycan iqtisadiyyatının əsas iqtisadisektorlarını dəstəkləmək strategiyasını möhkəmləndirir. Bank özfəaliyyəti ilə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməyə,innovativ bankçılıq həllərini inkişaf etdirməyə və ölkədə davamlıiqtisadi tərəqqini təşviq etməyə sadiqdir.
Asiya İnkişaf Bankı (AİB) haqqında
AİB iqtisadi artımı təşviq edən, yoxsulluğu azaltmaq və Asiya vəSakit Okean regionunda regional əməkdaşlığı inkişaf etdirməkməqsədilə fəaliyyət göstərən çoxtərəfli inkişaf institutudur. Bankaparıcı maliyyə institutları ilə tərəfdaşlıq edərək özəl sektoruninkişafını və maliyyə sektorunun sabitliyini dəstəkləyir.
TuranBank haqqında
1992-ci ildə təsis edilən TuranBank, geniş çeşiddə korporativ,pərakəndə və Kiçik və Orta Sahibkarlıq subyektləri üçün bankxidmətləri təqdim edən Azərbaycanın aparıcı maliyyəinstitutlarından biridir. Bank sahibkarlığın dəstəklənməsinə, realsektorun maliyyələşdirilməsinə və beynəlxalq inkişaf fondları ilətərəfdaşlıqların qurulmasına xüsusi önəm verir.
TuranBank
Bizimlə etibarlıdır...