AZ

Avstraliya dünyada ilk dəfə yetkinlik yaşına çatmayanlar üçün sosial şəbəkələri qadağan etdi

Avstraliya 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadə etməsini qanunvericilik səviyyəsində qadağan edən ilk ölkə olub.

7News.Az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.

Yeni qaydaya əsasən, "Facebook", "Instagram" və "TikTok" da daxil olmaqla əsas platformalar yetkinlik yaşına çatmayan istifadəçilərin hesablarını silməyə məcburdurlar.

Tələblərə əməl etməməyə görə cərimələr 74 milyon Avstraliya dollarına (49 milyon ABŞ dolları - red.) qədər çata bilər. "X" istisna olmaqla, bütün servislər bu tələbləri yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
Seçilən
53
2
7news.az

3Mənbələr