AZ

Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 12, 13 və 14 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Qeyd edilib ki, sərnişinlər eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Seçilən
32
26
metbuat.az

10Mənbələr