Sea Breeze

Slovakiya və Azərbaycan arasında münasibətlər qarşılıqlı etimada, beynəlxalq hüquqa hörmətə və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanaraq ildən-ilə inkişaf edir

Slovakiya və Azərbaycan arasında coğrafi uzaqlığa baxmayaraq, xalqlarımızı birləşdirən dəyərlər, qarşılıqlı hörmət və əməkdaşlıq iradəsi bizi uzun illər ərzində yaxın tərəfdaşlara çevirib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Slovakiya ilə diplomatik münasibətlər rəsmi şəkildə quruldu. Bu münasibətlər qarşılıqlı etimada, beynəlxalq hüquqa hörmətə və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanaraq ildən-ilə inkişaf edib. İlk siyasi təmaslardan başlayaraq, iki ölkə arasında qarşılıqlı səfərlər, rəsmi görüşlər və genişlənən dialoq münasibətlərimizin möhkəm təməlini formalaşdırdı. Slovakiya Azərbaycanı öz regionunda etibarlı tərəfdaş kimi qəbul edir, Azərbaycan isə Slovakiyanı Avropada mühüm dost ölkə hesab edir. İllər ərzində ikitərəfli əlaqələr siyasi müstəvidən iqtisadi, humanitar, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrə doğru genişlənib. Ölkələrimiz arasında imzalanmış sənədlər, yaradılmış hökumətlərarası mexanizmlər bu əlaqələri sistemli və davamlı xarakterə çevirib. Bu gün Slovakiya–Azərbaycan münasibətləri strateji əməkdaşlıq ruhu ilə səciyyələnir. Enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində layihələr yeni əməkdaşlıq istiqamətlərinə yol açır. Mövcud münasibətlərin möhkəmləndirilməsində xalq diplomatiyasının rolu da xüsusi önəm daşıyır-dostluq körpüləri yalnız dövlətlər arasında deyil, insanlar arasında da qurulur. Şübhə yoxdur ki, tarixi təməllər üzərində inkişaf edən bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək.

Slovakiya və Azərbaycan qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq ənənələrini qoruyaraq yeni ortaq layihələrə imza atacaq, Avropa ilə Qafqaz arasında sülhə, sabitliyə və iqtisadi tərəfdaşlığa töhfə verməyə davam edəcəklər. Bizlər bunu bir daha bu günlərdə Ölkə başçısı cənab İlham Əliyevin Slovakiyaya etdiyi rəsmi səfəri zamanı da gördük. Bəli, Slovakiya–Azərbaycan münasibətlərinin keçdiyi yol sabit inkişafın, səmimiyyətin və real nəticələrə yönəlmiş əməkdaşlığın nümunəsidir. Bu tarixi birlik bizim gələcək uğurlarımız üçün möhkəm əsas yaradır.

Fərid Əhmədov
Neftçala rayonu

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX