AZ

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının ətraf mühitin mühafizəsi üzrə İşçi Qrupunun iclası keçirilir  

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika regionu üzrə ətraf mühitin mühafizəsinə dair İşçi Qrupunun iclası keçirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ICAO-nun ətraf mühit strategiyası, dövlətlərin emissiyaların azaldılması üzrə fəaliyyət planları təqdim olunur, bu sahədəki son yeniliklər müzakirə edilir.

İclas ətraf mühitin mühafizəsinə dair ICAO-nun Uzunmüddətli Arzuolunan Məqsədlərə nail olmağa yönələn proqramının həyata keçirilməsində dövlətlər və digər maraqlı tərəflər üçün təcrübə mübadiləsində platforma rolunu oynayır.

Üç gün davam edəcək tədbirdə, həmçinin ICAO-nun beynəlxalq aviasiyada karbon emissiyalarının kompensasiyası və azaldılması, dayanıqlı aviasiya yanacağı strategiyaları və digər aktual məsələlər diqqət mərkəzində olacaq.

Seçilən
41
3
azerbaijan-news.az

4Mənbələr