AzVision.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin paytaxtı Doha şəhərində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə "Euronews" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, hazırda ölkə rəhbərliklərinin göstərişi ilə konkret gündəlik üzərində iş aparılır:
"Gündəliyin əsas məsələsi budur ki, sülhü necə irəli apara, ixtilafları necə kənara qoya bilərik. Azərbaycan bu məsələdə özünün xoşməramlı təşəbbüsünü irəli sürüb. Həm erməni həmkarlarımızla, həm də başqa kanallarla sülhü irəli aparmağın yolları barədə müzakirə aparırıq. Strategiyamız Cənubi Qafqazı rəqabət bölgəsinə yox, əməkdaşlıq və tərəfdaşlıq arenasına çevirməkdir. Azərbaycan-Ermənistan sülh prosesi qlobal münaqişələr kontekstində uğur hekayəsidir. Münaqişə fəsli bitir. Bütün beynəlxalq tərəfdaşlarımızı, o cümlədən qlobal gücləri sülh prosesini dəstəkləməyə çağırırıq. Ümidvarıq ki, Azərbaycan və Ermənistan arasında əbədi sülh formalaşacaq".
Öz növbəsində, Armen Qriqoryan Ermənistanla Azərbaycanla etimad divarını ərsəyə gətirməyə çalışdıqlarını vurğulayıb:
"Bütün münaqişələrdə tərəflər bir-birinə güvənmir, amma biz bu mərhələyə çatmışıq. Məşhur mahnıda deyildiyi kimi, bu, müsbət mənada, divarda yeni bir kərpicdir. Bu məqsədə doğru irəliləmişik, etimad divarını tikməyə çalışmışıq. Regional iqtisadi layihələrin icrası əməkdaşlıq imkanlarını artıracaq, sülhü gücləndirəcək, eləcə də hər iki ölkənin xalqlarına iqtisadi faydalar gətirəcək. Bu istiqamətdə irəliləyirik. Hikmət Hacıyevlə mənim burada – sizin studiyanızda yan-yana əyləşməyimiz bu məqama açıq-aşkar sübutdur".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta