AZ

Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunur - Ulu Öndərin irsi təbliğ edilir

Şəki, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinə məktəblilərin, yeniyetmə və gənclərin, ayrı-ayrı əmək kollektivləri nümayəndələrinin ekskursiyaları təşkil olunur. Əsas məqsəd Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliğ edilməsidir.

Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ziyarətçilər əvvəlcə ekspozisiya zallarında dahi rəhbərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr edilən sərgi və guşələrlə yaxından tanış olurlar. Onlara Ulu Öndərin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri barədə geniş məlumat verilir.

Ekskursiyalar zamanı ziyarətçilər, həmçinin mərkəzlərdə yaradılan şərait, yaradıcılıq dərnəklərinin fəaliyyəti ilə də tanış olurlar.

 

Seçilən
34
1
azertag.az

2Mənbələr