Bakı Dövlət Universitetinin (BDU) kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
BDU-dan bildirilib ki, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.






