Bakı. Trend:
Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və yagöstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadanbəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır. Amma ƏməkMəcəlləsində istisnalar var ki, bu da bir sıra hallardaişəgötürənlər üçün sui-istifadəyə yol aça bilir.
Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininüzvü Vüqar Bayramov komitənin bugünkü iclasında Əmək Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanıdeyib.
Millət vəkilinin sözlərinə görə, həmin istisnalardan biri dətərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onlarınqarşılıqlı razılığı ilə əsasında müddətli müqavilələrinbağlanmasıdır.
“Bu da nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlətqurumlarında müddətli müqavilələrə üstünlük verməsinə səbəb olur.Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasındamüəyyən çətinliklər yaradır. Nəticədə, işəgötürən hətta məsulvəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir vədaha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir”, - deyədeputat qeyd edib.