AZ

XVI Bakı Beynəlxalq Film Festivalı: qaliblər mükafatlandırıldı Foto

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Kult.az xəbər verir ki, bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə tanınmış rejissor, aktrisa Niki Kərimi dünya kinematoqrafına verdiyi töhfələrə görə "Qızıl Nar" mükafatına layiq görülüb.

Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki festivalın bir sıra məqamlarla yadda qaldığını qeyd edib. O bildirib ki, layihəyə maraq ildən-ilə artmaqdadır: “Kinoya bu qədər sevginizi görmək bizi çox sevindirir. Biz komanda olaraq bu sevgidən enerji alırıq.

Bilirsiniz ki, festival təşkil etmək çətin prosesdir. Biz də beş gün ərzində bu prosesi keçdik. Festivalın komandasına təşəkkür edirəm”.

Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

Mərasimdə qalib filmlərdən ikisi "İki bəhanə ilə", "Erkən hisslər" nümayiş olunub.

Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşır.

Bu il festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “British Council”, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV”, Yunis Əmrə İnstitutudur.

Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, “Kinoyazar” saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşlarıdır.

XVI Bakı Beynəlxalq Film Festivalının qalibləri

Beynəlxalq Debüt Tammetrajlı Bədii Film müsabiqəsi:

Ən yaxşı film – “Öyrənilən dərs” / Rejissor: Balint Szimler / Macarıstan

Ən yaxşı rejissor – “Karst” / Rejissor: Suiyi Yang / Çin

Ən yaxşı ssenari – “Bağlar, köklər, ehtiraslar” / Ssenarist: Ferit Karahan. Rejissor: Sunay Tərzioğlu / Türkiyə

Ən yaxşı təsvir rejissoru – “Sahə gözətçisi” / Təsvir rejissoru: Morteza Gafouri. Rejissor: Seyed Mohamad Reza Xeradmandan/ İran

Münsiflər heyətinin xüsusi mükafatı – “Çəyirtkənin öpüşü” / Rejissor: Elmar Imanov / Almaniya, İtaliya, Lüksemburq

Beynəlxalq Qısametrajlı Film müsabiqəsi:

Ən yaxşı bədii film - İki bəhanə ilə / Rejissor: Samah El Kadi /Livan

Ən yaxşı sənədli film - Yer qaçanda / Rejissor: Frederico Lobo / Portuqaliya

Ən yaxşı animasiya filmi - Gəlirli yer / Rejissor: Aleks Maximov / Belarus

Ən yaxşı bədii film rejissoru - Performans / Rejissor: Balint Kenyeres / Macarıstan, Fransa

Münsiflər heyətinin xüsusi qeydi:

Mayın son bazar günü / Rejissor: Alexandro Bordie / Lüksemburq

Balet rəqqaslarının kəndi / Rejissor: Fatih Diren / Türkiyə

"Asiya istedadları" müsabiqəsi:

Ən yaxşı film – Qəlib / Rejissor: Məhəmməd Rza Nurmandipur/ İran

Münsiflər heyətinin mükafatı - Maral dişi / Rejissor: SaifHammaş / Fələstin

Münsiflər heyətinin xüsusi qeydi - Həyatda bir gün / Rejissor: Ye Ouyang / Çin

Yerli müsabiqənin qalibləri:

Ən yaxşı bədii film - “Erkən hisslər” / Rejissor: Nurlan Həsənli

Ən yaxşı rejissor - “Dərədə” / Rejissor: Əbülfəz İskəndərov

Ən yaxşı sənədli film - “Yaddaş sarayları” / Rejissor: Mətləb Muxtarov

Ən yaxşı tələbə filmi - “Məhkəmə” / Rejissor: Orxan Babayev

Münsiflər heyətinin diplomu - “Loca Tacentia” / Rejissor: Rəna Əhmədova

Münsiflər heyətinin xüsusi qeydi - Vüsalə Qasımova “Qayıtdım” filminin təsvir rejissoru / Rejissor: Məhəmməd Məmmədov

Münsiflər heyətinin xüsusi qeydi - Nigar Süleyman “Orijinal musiqisi və kino sahəsində məhsuldar fəaliyyətinə görə”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
axar.az

3Mənbələr