AZ

Qazaxıstan ixrac edəcəyi neftin bir hissəsini Çinə göndərəcək

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynanın Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumuna məxsus terminala endirdiyi zərbələrdən sonra Qazaxıstan özünün “Kaşaqan” neft yatağından neftin bir hissəsini Çinə ötürəcək.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, Ukraynanın Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun terminalına zərbələri Qazaxıstanı alternativ ixrac marşrutu axtarmağa məcbur edib və buna görə də Qazaxıstan Çini seçib.

Qeyd edək ki, qlobal neft tranzitinin 1%-i Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə həyata keçir. Bu konsorsiumun səhm sahibləri Rusiya, Qazaxıstan və ABŞ-dır. Qazaxıstan neftinin əksər hissəsi ixrac üçün sözügedən konsorsiumla Rusiyanın Qara dənizdəki Novorossiysk limanına göndərilir və oradan da beynəlxalq müştərilərə çatdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
3
apa.az

4Mənbələr