Aktual.az xəbər verir ki, bu barədə Tramp Ağ Evin Yutub kanalında yayımlanan çıxışında bildirib.
"10 ay ərzində Kosova-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Misir-Efiopiya, Ermənistan-Azərbaycan da daxil olmaqla, səkkiz münaqişəni dayandırdım. Tailand və Kamboca arasında başlayan hazırkı gərginliklə bağlı sabah telefon danışığı aparacağam” , - o bildirib.
Qeyd edək ki, Prezident Donald Trampın iştirakı ilə Kamboca və Tailand baş nazirləri 26 oktyabrda sülh imzalamışdılar. Amma bir neçə gün öncə tərəflər arasında yenidən toqquşma başlayıb.