AZ

Azyaşlı qızımı dövlət xəstəxanaları qəbul etmir KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Qax Rayon sakini dializ xəstəsi olan övladını dövlət xəstəxanalarında müalicə etdirə bilmir. 

KONKRET.az xəbər verir ki, NOCOMMENT.az-a müraciət edən Qax rayon Əmircan kənd sakini İxtiyar Mirzəbəyov bildirib ki, Özbəkistan vətandaşı olan qızı Xəzangül böyrək çatışmazlığından əziyyət çəkir, vəziyyəti həkimlər tərəfindən ağır olaraq dəyərləndirilir.

Onun sözlərinə görə, qızı başqa ölkənin vətəndaşı olduğu üçün heç bir dövlət xəstəxanası onu qəbul etmir. Özəl xəstəxanalar isə 20 faiz baha qiymətlə xidmət göstərir.

İxtiyar Mirzəbəyov qeyd edib ki, hər həftə qızını Bakıda yerləşən özəl xəstəxanalara aparır ki, bu da ona həftəlik 400-500 manata başa gəlir.

Əlacsız qalan ata xahiş edərək köməklik göstərilməsini istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
3
konkret.az

4Mənbələr