AZ

Ermənistanda keçmiş XİN əməkdaşının həbs müddəti uzadıldı CASUSLUQ EDİB?

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Aşxen Aleksanyanın həbs müddəti uzadılıb.

 

MÖVZU İLƏ BAĞLI: 

Erməni konsul məlumatları azərbaycanlı sevgilisinə ötürürmüş

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Tavros Gevorgyan bildirib.Dövlət xəyanəti ittihamı ilə təqsirləndirilən şəxsin həbs müddəti 50 gün artırılıb. Beləliklə, o, 30 yanvaradək həbsdə qalacaq.Məhkəmə qərarı 2 dekabr tarixində çıxarılıb, yeni müddət isə 10 dekabrdan hesablanır.

 

Qeyd edək ki, diplomatik işçinin saxlanılması barədə məlumat 29 avqust tarixində yayılmışdı. Onu guya Azərbaycanın xeyrinə casusluq etməkdə ittiham ediblər.

Həmin gün Ermənistan İstintaq Komitəsi Aleksanyana qarşı dövlət xəyanəti maddəsi ilə cinayət işi açıldığını təsdiqləmişdi.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
1
bizim.media

2Mənbələr