AZ

ABŞ səfiri: F 35 qırıcılarını almaq üçün Ankara S 400 dən imtina etməlidir FOTO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak Türkiyənin F-35 qırıcılarını əldə etməsi üçün tələb olunan şərti açıqlayıb.Bizim.Media xəbər verir ki, Barrak “X” sosial şəbəkəsindəki səhifəsində bildirib ki, Ankara beşinci nəsil F-35 qırıcılarının tədarük proqramına yalnız Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi sisteminə sahiblikdən və onun istismarından imtina etdiyi halda qayıda bilər.Bu tələb ABŞ qanunvericiliyində əks olunub.Səfir paylaşımında qeyd edib ki, ABŞ Türkiyənin F-35 proqramına yenidən qoşulmaq istəyinə və S-400 sisteminə malik olmasına dair danışıqları davam etdirir.

 

O, əlavə edib: “Prezident Tramp və prezident Ərdoğanın pozitiv münasibətləri yeni əməkdaşlıq atmosferi yaradıb və bu məsələ ilə bağlı son on ildə apardığımız ən səmərəli danışıqlara gətirib çıxarıb.”

Barrak sonda belə deyib: “Ümid edirik ki, bu danışıqlar yaxın aylarda həm ABŞ-ın, həm də Türkiyənin təhlükəsizlik tələblərinə cavab verən irəliləyişlə nəticələnəcək.”

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
bizim.media

2Mənbələr