AZ

Azərbaycanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb

Bakı. Trend:

2025-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdlaçalışan işçilərin sayı 1782,4 min nəfər olub, onlardan 865,7 minnəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isəqeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyatvasitələrinin təmiri, 18,1 faizi təhsil, 14 faizi sənaye, 8,6 faiziəhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizitikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi vətexniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,3 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olublar.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilinmüvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığortafəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət,eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıqnominal əməkhaqqı daha yüksək olub.

Məqalədə:
Seçilən
15
44
az.trend.az

10Mənbələr