AZ

Ərdəbil-Parsabad dəmiryolu Azərbaycanla yükdaşımalara öz töhfəsini verə bilər - Ərdəbil valisi

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətindəƏrdəbil-Parsabad dəmiryolu xətti bu vilayət ilə Azərbaycan arasındadəmiryolu əlaqələri və yükdaşımalara öz töhfəsini verə bilər.

Bunu Trend-əmüsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganədeyib.

Onun sözlərinə görə, Ərdəbil-Parsabad dəmiryolu xəttiƏrdəbil-Miyana dəmiryolu xəttinin ikinci hissəsi hesab olunur.

İmami Yeganə əlavə edib ki, təxminən 270 km uzunluğunda olanƏrdəbil-Parsabad dəmiryolu xəttinin tikintisi ilə əlaqədartədqiqatın müəyyən bir hissəsi başa çatdırılıb.

Ərdəbil valisi deyib ki, hazırda İranın Plan və BüdcəTəşkilatından bu dəmiryolu xəttinin tikintisi üçün texnikilisenziyanın verilməsi ilə əlaqədar işlər aparılır.

“Hazırda Ərdəbil valiliyi tərəfindən diqqət mərkəzindəsaxlanılan məsələlərdən biri Parsabad rayonunun Təzəkənd kəndindədəmiryol terminalının tikilməsidir. Bu terminal Azərbaycanın İmişlirayonunun qarşısında yerləşir. Həmin bölgə ilə yaxından tanışlıqolacaq. Ötən illər ərzində bu dəmiryolu ilə əlaqədar iki ölkəarasında razılaşma əldə olunub. İran hökuməti bu dəmiryolu iləəlaqədar razılığını elan edib. Bu dəmiryolu xətti də Ərdəbilvilayəti ilə Azərbaycan arasında dəmiryolu əlaqələrinin inkişafetməsinə şərait yarada bilər. Sözügedən dəmiryolu Ərdəbilvilayətinin Cənubi Qafqaz, Avrasiya İqtisadi İttifaqı və ŞərqiAvropa ölkələrinə dəmiryolu vasitəsi ilə çıxışını təmin edəcək”, -deyə o qeyd edib.

Seçilən
47
1
az.trend.az

2Mənbələr