ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ayaks”ın xalı olmasa da, oyun “Qarabağ” üçün çətin keçəcək.
Bunu veteran futbolçu Arif Əsədov deyib. Mütəxəssis görüşü final matçı adlandırıb: “Ayaks”ın müəyyən problemləri var. Hazırda klubda dəyişikliklər gedir. Rəqib meydana daha rahat çıxacaq. Futbolçular özlərini göstərməyə çalışacaqlar. Onlar çempionatda keçirdikləri son iki matçda qalib gəliblər. Komandada yaxşı ruh yüksəkliyi var. İlk dəqiqələrdə təmsilçimizdə həyəcan ola bilər. Əgər erkən qol vursaq, oyunu öz tərəfimizə çevirə bilərik”.
Azərbaycan millisinin sabiq baş məşqçisi “köhlən atlar”ı favorit sayır: “İndiki durumda “Qarabağ” üstün tərəfdir. Bu matç bizim üçün həlledici olacaq”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Ayaks” qarşılaşması saat 21:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.(azərtac)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.