AZ

Bölgə təmsilçisi məşqçiləri və futbolçuları ilə əməkdaşlığa son qoyur SƏBƏB

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın futbol klublarından biri iddiasından əl çəkmək məcburiyyətində qalıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2-ci Liqa təmsilçisi "Şəki Siti" yanvarda əksər futbolçuları və indiki məşqçi heyəti ilə vidalaşacaq.

Klubun titul sponsoru "Flyblast" öhdəlikləri yerinə yetirə bilmədiyinə üçün Şəki təmsilçisi əlavə maliyyədən məhrum olub. AFFA işə qarışaraq 3 aydır ki, maaş üzü görməyən komanda üzvlərini oyunlara çıxmamaq fikrindən daşındırıb. FİF (Futbolun İnkişaf Fondu) rəhbərliyi isə bu ilin sonunadək futbolçulara və məşqçilərə olan bütün borcların bağlanacağını bildirib. Yeri gəlmişkən, komandanın növbəti mövsümdən ev oyunlarına Şəkidə keçirməsi planlaşdırılıb.

Nihat  

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
fanat.az

2Mənbələr