AZ

Fətullayevdən məmurlara: Niyə oturduğunuz gəmini batırırsız?

Sivil ölkələrdə iqtisadi problemlər, inflyasiyanın doğurduğu səbəblər, parlamentlə Nazirlər Kabineti arasında fikirlər toqquşması müzakirə olunur, gündəmi zəbt edir…

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Eynulla Fətullayev çıxış edib.

E.Fətullayev bildirib ki, yazırlar ki, Neftçalanın icra başçısı Mirhəsən Seyidov 25 min manatlıq kurtkada gəzir:

“Soruşmaq ayıb olmasın, bəs başçı nədə gəzməlidir? Teloqreykada? Ya şortikda? Və harda sübut olunub ki, Seyidovun kurtkasının qiyməti 25 mindir? Bəlkə heç Kiton brendi deyil, Çinin geydirməsidir? Hanı sübutlar?”

E.Fətullayev hökumətə də suallar ünvanlayıb:

“Xalqımızı bu rəzil günə salan ictimai institutlarla niyə mübarizə aparılmır?

Axı gün kimi aydındır ki, bu cür ucuz, neobolşevizmi təlqin edən zəhərli təbliğatı bəzi məmurların himayəsində olan saytlar aparır!!!

Niyə belə edirsiniz?

Niyə oturduğunuz gəmini batırırsız?

Niyə xalqı prezidentin nümayəndələrinə qarşı qaldırırsız?

Artıq elə bir mərhələyə qədəm qoymuşuq ki, mən bir çox prosesləri anlaya bilmirəm. Daha doğrusu anlamaq istəmirəm! Amma Prezident Aparatında bu işlərə məsul məmurlar proseslərin hansı təhlükəli məcrayə sürükləndiyini nəhayət anlamalıdır!”



Xəbər 4 dəfə oxunub.
Seçilən
41
xezernews.az

1Mənbələr