ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın “Barselona” klubunn hücumçusu Lamin Yamal Çempionlar Liqası tarixində yaşı 18 və daha aşağı olan oyunçular arasında ən məhsuldar futbolçu olub.
Yeniavaz.com xəbər verir ki, cinah oyunçusu Çempionlar Liqasının 6-cı turunda Almaniyanın “Ayntraxt Frankfurt” klubuna qarşı oyunda bir məhsuldar ötürmə edib.
Qarşılaşma Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da ispan futbolçu 7 qol və 7 məhsuldar ötürmə ilə “Monako” və “PSJ”də 10 qol və 3 məhsuldar ötürmə edən “Real Madrid”in hücumçusu Kilian Mbappenin geridə qoyub.
Qeyd edək ki, kataloniya klubu növbəti oyununu Çexiyanın “Slaviya”sına qarşı keçirəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.