AZ

6 saniyədə qapısından qol buraxdı

Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasının VI turunda rəqib meydanda “Monako”ya məğlub olmaqla yenidən müzakirə mövzusuna çevrilib. Azarkeşlər bütün futbolçulardan narazı qalsalar da, ən çox qapıçı Günay Güvençi tənqid edirlər. Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın əsas qapıçısı Uğurcan Çakır zədələndiyi üçün matçın 67-ci dəqiqəsində meydanı tərk edib. Onu ehtiyat oyunçular skamyasında əyləşən Günay Güvenç əvəzləyib. Amma Günayın meydana çıxması sarı-qırmızılılara uğur gətirməyib. 34 yaşlı qapıcı oyuna daxil olandan 6 saniyə sonra qapısından qol buraxıb.

Bu qol sosial mediada gecənin ən çox müzakirə olunan hadisələrindən birinə çevrilib.

Seçilən
14
1
metbuat.az

2Mənbələr