"Ukrayna NATO-ya qoşulmağa və Krımı Ukraynaya qaytarmağa çalışır, lakin kifayət qədər dəstək yoxdur".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Biz realistik. Biz həqiqətən NATO-ya qoşulmaq istəyirik. Məncə, bu, ədalətlidir. Amma biz dəqiq bilirik ki, nə ABŞ, nə də bir sıra digər ölkələr hələ də Ukraynanı NATO-da görmürlər", - Zelenski vurğulayıb.
Eyni zamanda, Zelenski Krımı qaytarmağa güclərinin olmadığını etiraf edib: "Düzünü desəm, bu gün bütün bunlar üçün imkanımız və dəstəyimiz yoxdur".