AZ

Veteranlar Təşkilatının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər FOTOLAR

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

SİA xəbər verir ki, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən bəhs edən təşkilatın sədri polkovnik Cəlil Xəlilov Heydər Əliyev ideyalarının hər zaman yaşayacağını və dövlətimizin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib.

Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi, bundan sonra da Ümummilli Liderin ideyalarının gənclər arasında təbliğinə xüsusi diqqət yetirməli, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etdirməlidirlər.

Veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz xatirəsini ehtiramla yad ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
7
sia.az

9Mənbələr