AZ

Paşinyan: “İlham Əliyevin qərarını yüksək qiymətləndirirəm”

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Nikol Paşinyan çıxışında Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına da diqqət çəkib. “Mən Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarını və bəyanatını yüksək qiymətləndirirəm, çünki bu, çox mühüm və müsbət hadisədir. Bir neçə ay əvvəl qeyri-mümkün görünən şey indi reallığa çevrilib: taxıl dəmir yolu ilə Qazaxıstandan Ermənistana Azərbaycan və Gürcüstan vasitəsilə daşınıb”, - “Armenpress” agentliyi Nikol Paşinyanın çıxışından sitat gətirir. Onun sözlərinə görə, bu, müstəqil Ermənistanın tarixində görünməmiş hadisədir. Paşinyan qeyd edib ki, Ermənistan da həm siyasi, həm də texniki baxımdan sərhədləri açmağa və bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən tranzitinə icazə verməyə hazırdır. - Mən əminəm ki, hər gün sülhün bərqərar olması üçün çalışmaqla, Vaşinqton Bəyannaməsinin mətninə və ruhuna sadiq qalaraq və bu prosesi poza biləcək rəvayətləri rədd etməklə Ermənistan və Azərbaycan hökumətləri iki ölkə arasında davamlı sülhü institutlaşdıra biləcəklər”, - Ermənistanın baş naziri vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
6
azvision.az

7Mənbələr