AZ

Rusiya: Ukrayna ilə bağlı atəşkəs yox, sülh üçün çalışırıq

Kreml sözçüsü Dmitri Peskov Ukraynada uzunmüddətli sülhü təmin edəcək sənədlərin imzalanmasına üstünlük verdiklərini bildirib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada bəzi jurnalistlərin cari məsələlərlə bağlı suallarını cavablandırıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsində prezident seçkilərinin keçirilməsi ehtimalı ilə bağlı açıqlamalarını "yeni bir inkişaf" hesab edən Peskov deyib: "Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir ki, bundan danışır. Buna görə də müvafiq inkişafları izləyəcəyik".

Zelenskinin enerji infrastrukturuna qarşılıqlı hücumlarla bağlı atəşkəs üzərində işlədikləri barədə açıqlaması ilə bağlı danışan Peskov bunları deyib:
 
"Müvafiq sənədlərin imzalanması ilə əldə edilən sabit, zəmanətli və uzunmüddətli sülh bizim mütləq prioritetimizdir. Rusiya atəşkəs yox, sülh üçün çalışır".

 

Seçilən
30
2
7news.az

3Mənbələr