Rusiyada and içmə yaşı 14-ə endirildi
Dövlət Duması vətəndaşlıq andı üçün yaş həddinin aşağı salınması barədə qərar qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya Dövlət Duması vətəndaşlıq alarkən and içmək üçün tələb olunan yaş həddini 14 yaşa qədər endirib.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, bu öhdəlikdən yaşı 18-ə çatmamış şəxslər azad edilirdi. Yeni dəyişikliklə artıq 14 yaşdan yuxarı şəxslər də Rusiya vətəndaşlığına qəbul edilərkən and içməli olacaqlar.
Xuraman Etibarlı
İnterpress.az