ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Baş ofisi Londonda yerləşən EY təşkilatının keçirdiyi sorğu maraqlı faktı üzə çıxarıb.
Avtosfer.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrdə keçirilən sorğuda respondetlərin yarısı yaxın 2 ildə benzin və ya dizel mühərrikli almağı düşündüyünü bildirib. Halbuki, ötən dekabrda belə maşın arzulayanlar 13 faiz daha az idi.
Elektromobil və hibrid almaq niyyətində olanların da payı təxminən 10 faiz azalaraq müvafiq olaraq 14 və 16 faiz təşkil edib.
Elektromobildən imtina edənlər öz qərarlarını geosiyasi səbəblər və infrastrukturun zəifliyi ilə izah edirlər.
Qeyd edək ki, Avropa Komissiyası da elektromobilə keçidlə bağlı qərarını yumşaltmağı düşünür. Bu məsələ Brüseldə dekabrın 16-da müzakirə ediləcək.
Vüqar
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.