AZ

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu

Səhiyyə Nazirliyinin qanunsuz plastik cərrahiyyəyə və başqa tibbi fəaliyyətə icazə verilməsi ilə bağlı ittiham olunan əməkdaşlarının milyonlarla qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əmlakların çoxu müxtəlif ünvanlarda yerləşən mənzillərdən ibarətdir.

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova mülklərin bəzilərini yaxınlarının adına rəsmiləşdiriblər.

Ən çox əmlak isə cinayət işinin əsas fiquru sayılan Səidə Rüstəmovanındır. O, işlədiyi müddətdə çoxsaylı daşınmaz əmlaka sahib olub. Əmlakların orta bazar dəyəri 5 milyon manata yaxındır.

Səidə Rüstəmovanın özünün və anası ilə oğlunun adına rəsmiləşdirdiyi əmlakların siyahısını təqdim edirik:

Seçilən
32
1
publika.az

10Mənbələr