AZ

Bakıda 2 gün əvvəl yolun kilidlənməsinin səbəbi bilindi - VİDEO

2 gün əvvəl Bakının Yasamal rayonu ərazisində Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində yol kilidlənməsinin səbəbi məlum olub.

Azreform.info xəbər verir ki, yolun kilidlənməsi nəticədə 4 istiqamətdə tıxaclar yaranıb.

Sözügedən vəziyyət artıq bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər tıxaca görə əsas səbəbi  “sürücülərin bacarıqsızlığında” gördüklərini bildiriblər.

Qeyd olunub ki, tıxacın yaranmasına səbəb bəzi sürücülərin avtomobili daim hərəkət üçün açıq olmalı olan kəsişmədə saxlaması olub.

Sözügedən ərazidə yol kəsişmələrində bu kimi halların qarşısını almaq üçün çəkilən “sarı tor”un olmamasını da səbəb kimi göstərənlər var.

Məsələ ilə bağlı Azreform.info -a danışan yol-nəqliyyat eksperti Eldəniz Səlimov bildirib ki, belə bir vəziyyət yolda quraşdırılmış tənzimləyici qurğuların – işıqforların işləməməsi səbəbindən baş verib:

“İşıqforlar işləmədiyi halda sürücülər orada quraşdırılmış yol nişanlarına uyğun şəkildə hərəkət etməlidirlər. Əgər sürücülər yol nişanlarının göstəricilərinə uyğun hərəkət edə bilmirlərsə və tıxac yaranırsa, bu zaman yol patrul xidmətinin əməkdaşları bu məsələnin öhdəsindən gələ bilirlər. Bildiyimə görə, yol patrul xidmətinin əməkdaşları həmin yolda vəziyyəti nizamlayıblar”, - deyə o əlavə edib.

Billurə Yunus

Seçilən
19
2
azreform.info

3Mənbələr