BAKI,TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz azalaraq, 13 milyon 848 min 51 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 1 milyon 374 min 56 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 3 milyar 751 milyon 656 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 15,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 41 milyard 248 milyon 489 min dollar məbləğində avtomobil ixrac edib.