AZ

Merz Ermənistanın Avropa İttifaqına daxil olmasını dəstəklədi

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Almaniya kansleri Fridrix Merz baş nazir Nikol Paşinyanla görüşündə Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləyib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" qəzeti yazır.

Paşinyanın Berlinə səfəri zamanı Almaniya kansleri Ermənistanın Avropa İttifaqına yaxınlaşması üçün “tarixi fürsət” elan edib. O, xüsusilə İrəvan və Bakı arasında sülh prosesinin başlanmasından sonra Avropaya yol açıq olduğunu bildirib.

"Biz razıyıq ki, indi Ermənistan və Azərbaycan üçün Avropa yolunu tutmaq üçün əla fürsətdir. Biz regiondakı hadisələri diqqətlə izləyirik", - Merz deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
unikal.az

2Mənbələr