AZ

SOCAR ın prezidenti “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 10-da SOCAR-ın prezidenti Rövşən Nəcəf “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə SOCAR ilə “Saipem S.p.A.” şirkəti arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. “Saipem S.p.A.” şirkəti tərəfindən ölkəmizdə icra edilən layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda görüş çərçivəsində qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
12
xalqqazeti.az

10Mənbələr