AZ

Tramp: Avropa məhv olmaq üzrədir

Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tramp Avropanın məhv olacağını proqnozlaşdırıb.

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxış edərkən  qitə dövlətlərinin miqrasiya və enerji siyasəti səbəbindən Avropanın məhv olmaq təhlükəsi ilə üzləşdiyini söyləyib.

Amerika lideri deyib: "Avropada çox pis hallar baş verir. Onların miqrasiya siyasəti çox pisdir, bu siyasət bizim gözəl Avropamızı məhv edir".

Tramp Avropa ölkələrinə "pulsuz məsləhət" verib: "Ehtiyatlı olsunlar, çünki məhz bu iki məsələ (mühacirət və energetika) onları məhv edə bilər".

ABŞ Prezidentinin Pensilvaniyadakı çıxışı 1 saat 40 dəqiqə davam etsə də, o, həmin çıxışında bir dəfə də olsun, Ukraynadakı münaqişədən söz açmayıb. Ağ Evin başçısı münaqişələrin nizamlanmasında iştirakından və Qəraib hövzəsində narkotacirlərə qarşı əməliyyatlardan danışıb.

Hürr Tərcüman

 

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr