AZ

5 il tibb sahəsində işləməyənlər sertifikasiya imtahanı verəBİLƏR?

"Son beş il ərzində öz ixtisası üzrə fəaliyyət göstərməyən, yəni faktiki olaraq işləməyən həm ali təhsilli, həm də orta ixtisas təhsilli tibb mütəxəssisləri sertifikat almaq üçün mütləq sertifikasiya imtahanı verməlidirlər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “instagram” hesabında keçirilən canlı yayımda Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova qeyd etdi.

Onun sözlərinə görə, bu dəyişiklik səhiyyə sistemində peşəkarlığın və keyfiyyətin artırılmasına yönəldilib:

"Qaydalara görə, iş fəaliyyətində uzun müddətli fasilə verən şəxslər yalnız imtahandan uğurla keçdikdən sonra yenidən sertifikat əldə edə biləcəklər".

Nuriyyə NATİQQIZI

Seçilən
58
3
redaktor.az

4Mənbələr